Bakıya maşın almağa gələn polisdən tükürpədici cinayət

Azərbaycanda tükürpədiçi cinayət hadisəsi baş verib. Avtosfer.az-ın avropa.info-ya istinadən verdiyi məlumata görə, İmişli rayonu polis idarəsinin əməkdaşlarından birinin Bakıda yanmış vəziyyətdə meyiti tapılıb. İmişli rayon polis idarəsinin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə Rabil adlı polis əməkdaşı olan yoldaşı ilə Bakıya gəlib. Onlar Bakıya gələrkən M. Kazımovun üzərində 12500 dollar miqdarında pul olub. Daha sonra, M. Kazımov gəldiyi Bakı şəhərində yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyidinin üzərində araşdırma aparan tibbi ekspertiza meyitin M. Kazımova aid olduğunu müəyyən edib.
Əldə olunan məlumata görə, M.Kazımov qətlə yetirildikdən sonra meyiti də yandırılıb. İmişli polisindən əldə etdiyimiz məlumata görə, onunla Bakıya gələn Rabil adlı polis əməkdaşı hal-hazırda şübhəli şəxs qismində saxlanılıb. Rabil adlı polis əməkdaşının əvvəl verdiyi ifadələrlə təhlükəsizlik kamerasının qeydləri arasında uyğunsuzluq olduğu aşkarlanıb. Hazırda istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












