Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə konteyner daşımaları rekord dərəcədə artıb

Qazaxıstanın Almatı şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Avtosfer.az xəbər verir ki, "Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Yığıncaqda qeyd olunub ki, 2019-cu ildə konteyner daşımalarının 71% (10,7 min TEU) artması Xəzər dənizinin limanları üzərindən həyata keçirilən daşımalarda tarixi rekorddur. Görüş iştirakçıları 2019-cu ilin aprel ayında Aktau və Bakı limanları arasında yeni fider xidmətinin istifadəyə verilməsinin artımı şərtləndirən əsas amillərdən biri olduğunu vurğulayıblar. Xəzər dənizində bu xidmətin göstərilməsi dəmir yolu nəqliyyatının istifadəsinin səmərəliliyini artıraraq, konteyner qatarlarının çatdırılmasını xeyli sürətləndirib.
Yığıncaqda Birliyin 2019-cu il üzrə fəaliyyətinin nəticələri müzakirə olunub, İdarə Heyətinin tərkibi təsdiq edilib. “Qazaxıstan Dəmir Yolu” SC-nin sədri Sauat Mınbayev yenidən Birliyin sədri seçilib.
İclasda "Anaklia Development Consortium” MMC-nin “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin assosiativ üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılıb. Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd.” və Qazaxıstanın “Aktau Dəniz Şimal Terminalı” şirkətləri isə üzvlüyə qəbul edilib.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
Gültən
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












