Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı

Azərbaycanda əhalinin banklara istehlak krediti borcu 10 milyard manata yaxındır. Bir çoxları krediti həqiqi ehtiyac üçün götürdüyü halda, bəziləri çox da gərək duyulmayan məsələləri də kreditlə ilə həll etməyi seçirlər. Gecikmələr olduğu zaman isə bank əməkdaşlarına “ödəmirəm, ödəyə bilmirəm, güzəşt edin”, deyirlər.
Bəs görəsən, Azərbaycanda kredit borcu olanlara hansı hallarda güzəştlər edilir? Ümumiyyətlə kreditlərə güzəşt olunmalıdır?
Avtosfer.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov bildirib ki, fors-major hallarında kreditlərə yenidən baxıla bilər:

“Kredit borcu olanlara niyə güzəşt edilməlidir? Borcu olanlar söyləyə bilər ki, “niyə belə deyirlər, borcumuzu qaytara bilmirik”. Bəs borcu olmayanlar necə olsun? İndiyə kimi nə qədər insanın borcu silinib? İnsanın biri məsuliyyətini dərk edir, daşıya bilməyəcəyi yükün altına girmir, müəyyən çətinlikləri başqa yollarla həll edir, digəri isə qaytara biləcəyindən əmin olmadan kredit götürür. Ümumiyyətlə, kredit borclarının formalaşmasında bankların da, kredit götürənlərin də günahı var. Əlbəttə, müəyyən fors-major hallarda isə kredit götürənin günahı olmur. Məhz bu halda banka müraciət edərək, problemi əsaslandıraraq borcda yenidən strukturlaşdırma aparıla bilər. Ancaq “kredit götürmüşəm, qaytara bilməyəcəm, mənə güzəşt olunsun”, fikri doğru yanaşma deyil. Dünyanın heç bir ölkəsində birmənalı olaraq belə güzəştlər edilmir. Problemə baxılır, qiymətləndirilir, həqiqi əsaslar varsa, o zaman strukturlaşdırma aparıla bilir. Pandemiya dövründə bir çox insanın kreditinə güzəştlər olundu.
Ümumi bank sektoruna gəldikdə, hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit portfelinin cəmi 1,7 faizini təşkil edir. Bu da kifayət qədər kiçik rəqəmdir. Yəni hər 100 manatın 1 manat 70 qəpiyi problemli kreditdir. Amma elə vaxt olub ki, hər 100 manatın 17-18 manatı problemli kredit idi.
Beynəlxalq təcrübədə də görünür ki, problemli kreditlərin xüsusi çəkisi 5 faizdən yuxarı qalxanda qurumlar bundan narahat olmalıdırlar. Çünki bu, bank sektorunun ümumi probleminə çevrilə bilər. Hazırda isə problemli kreditlərin xüsusi çəkisi çox azdır”./lent.az
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












