Bu dəfə ölkə birinciləri onlardır - FOTO

II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki mərhələnin cəminə görə 688.9 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbinin məzunu Banuçiçək Rüstəmli II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir.
O, imtahanın birinci mərhələsində 291.9, ikinci mərhələsində isə 397 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə, III ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızıdır. O, imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayıb.
Fotoda:Banuçiçək Rüstəmli

II ixtisas qrupu üzrə ölkə birincisi olan Banuçiçək Rüstəmli sevincini bizimlə belə bölüşdü:
“Mənim qrupum üzrə əsas fənn riyaziyyat idi. Həm buraxılış, həm də blok imtahanında bu fənndən maksimum nəticə göstərmişəm. Ölkə birincisi olmaq mənə çox xoşdur. Yüksək bal gözləyirdim, ancaq Respublika birincisi olacağıma inanmırdım, buna çox sevindim. Növbəti ikinci cəhd imtahanına hazırlaşmıram. Düşünürəm ki, balımı artırmaq şansım o qədər də çox deyil, həm də özümə əziyyət vermək istəmirəm. Hədəfim ADA Universitetinin maliyyə ixtisası üzrə təhsil almaqdır”.
Fotoda: Fidan Hüseynzadə

Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












