Bu gün Bakının 551 küçəsi yuyulub - FOTO

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Həmçinin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 ədəd yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.


Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










