Bu qədər "gözəllik" ağıla ziyandır: Avtobusdakı vəziyyətə RƏSMİ CAVAB

Paytaxt Bakıda sərnişin avtobuslarının üzərinə yerləşdirilən reklamlar tənqid olunur.
Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, vurulan reklam vinillərinin görüntüyə maneə yarantığını deyilir.
Sərnişinlər avtobusun pəncərələrindən enəcəkləri dayanacağı görə bilmədiklərini bildirirlər. Bu hala xüsusilə 18 nömrəli müntəzəm marşrut xətlərində rast gəlindiyi iddia edilir.
"Avtobuslarda reklam yaxşıdır, estetik gözəllik verir. Daha bu qədər də gözəllik ağıla ziyandır. Avtobusun içindən çöl görünmür. Nəticədə nə olur bilirsiniz? Günü 15 manata işləyən dayı ətrafı görə bilmir və harada düşəcəyini təxmin edərək düşür baxır ki, azı 1 dayanacaq tez düşüb, məcbur əlavə pul ödəməmək üçün o yolu yorğun yorğun piyada gedir", - sakinlərdən biri deyib.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, avtobusların xarici tərtibatı Nazirlər Kabinetinin 73 nömrəli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblərlə müəyyən edilir: “Tələblərə əsasən, avtobusun üzərində reklam “Reklam haqqında” Qanunun tələblərinə riayət olunmaqla yerləşdirilməlidir. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi normalarına əsasən, avtobuslarda reklam görüntüyə maneə törətməyən texniki hədlər daxilində olmalıdır. Qanunun tətbiqinə nəzarət və görmə məhdudiyyəti yarandığı halda müvafiq tədbirin görülməsi aidiyyəti qurumlar tərəfində həyata keçirilir”.
“Avtobuslar daşıyıcılara məxsusdur. Daşıyıcılarla keçirilən görüşlərdə onlara bu məqamlara diqqətlə yanaşmağı tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












