“Buta Airways”in Lvov-Bakı reysi gecikib

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin bu gün Ukraynanın Lvov şəhərindən Bakıya həyata keçirdiyi reys gecikmə ilə baş tutub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, "Embraer-190" markalı sərnişin təyyarəsi havaya nəzərdə tutulandan 45 dəqiqə sonra qalxıb.
Buna səbəb aviareysə qeydiyyat zamanı texniki yanlışlığa yol verilməsi olub. Belə ki, sərnişinlərdən birinin əl yükü talonu səhvən başqa sərnişinin uçuş talonuna yapışdırılıb. Bunu üzə çıxarmaq üçün təyyarə bələdçiləri əvvəlcə pasportları, sonra isə uçuş talonlarını siyahı ilə üzləşdiriblər. Anlaşılmazlıq aradan qaldırıldıqdan sonra təyyarə hava limanını tərk edib.
Xatırladaq ki, “Buta Airways”in yanvarın 13-də Bakıdan Lvova həyata keçirdiyi reys də gecikmişdi. Amma həmin vaxt təyyarədə nasazlıq yaranmışdı və sərnişinlər bir neçə saatdan sonra digər təyyarə ilə yola salınmışdı.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











