Çoxillik ağacları kəsib yerində parkinq yaradırlar – İDDİA - AÇIQLAMA - VİDEO

Nizami rayonu Rüstəm Rüstəmov küçəsində salınmış yaşıllıq ərazinin kütləvi şəkildə məhv edildiyi idda olunur.
Avtosfer.az xəbər verir ki, mövcud problemlə bağlı sosial şəbəkələrdə videomaterial yayılıb. Bildirilir ki, bir neçə gün əvvəl inşa edilməkdə olan “Premium Park” yaşayış kompleksinin qarşısında parkinq yaratmaq üçün 30-a yaxın çoxillik zeytun ağacları kəsilib.
Şikayətçi, sıx şəkildə əkilmiş ağacların parkinq üçün maneə törətdiyini və yaşıllıq seyrəldikdən sonra ərazidə maşın saxlamağın mümkün olduğunu əlavə edib.
“Kəsilən ağacların əvəzinə sanki kompensasiya olaraq kiçik yolkalar əkiblər. Amma zaman keçdikcə onları da qurudub yox edəcəklər”, - deyə izləyici bildirib.
“Premium Park” şirkətindən Avtosfer.az-a bildirilib ki, sözügedən ərazinin yaşayış kompleksinə heç bir aidiyyatı yoxdur. Şirkətin əməkdaşları tərəfindən orada əkilən ağaclara mütamadi olaraq agrotexniki qulluq göstərilir. Həmçinin, şirkətin hədəflərindən birinin ətraf mühitə tövhə vermək olduğunu nəzərə alaraq yaşayış kompleksinin daxilində də gələcəkdə ağacların əkilməsi nəzərdə tutulub.
Nərmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












