Banner

Bakıda tuneldə su boruları partladı: Maşınların hərəkəti çətinləşdi - FOTO

Xəbərlər 22 Noyabr 2026 10:50
Bakıda tuneldə su boruları partladı: Maşınların hərəkəti çətinləşdi  - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.

Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.

Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.

Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir.

 

FOTO QALEREYA
Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh