Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA + FOTO + VİDEO

Çoxtonnajlı maşının Xəzər dənizindən qum daşıması ilə bağlı rəsmi açıqlama verilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə barədə məlumatlıdırlar və lazımi tədbirlər görülür.
----15:12----
Çoxtonnajlı maşının Xəzər dənizindən qum daşıması narazılığa səbəb olub.
Bununla bağlı video sosial şəbəkələrdə yayımlanıb.
Qeyd olunub ki, çoxtonnajlı maşınların dənizə girməsi çimərlik vaxtı ondan istifadə edəcək insanların həyatı üçün təhlükə yaradır və onların batmalarına səbəb olur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev Oxu.az-ın sorğusunu cavablandırıb.
O, bildirib ki, artıq xidmətin əməkdaşları tərəfindən faktla bağlı akt tərtib edilib.
“Nəqliyyat vasitələrinin dövlət nömrə nişanları müəyyən olunub, sürücülərin kimliyini müəyyənləşdirmək məqsədilə 25 aprel 2024-cü il tarixində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.
Qeyd edək ki, hadisənin Xəzər dənizinin hansı hissəsində baş verməsi barədə dəqiq məlumat yoxdur.
Videonu təqdim edirik:
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










