Dəbdəbəli ad günü, bahalı avtomobillər: 25 yaşlı "hamlet800" kimdir?

Dəbdəbəli ad günü, bahalı avtomobillər: 25 yaşlı "hamlet800" kimdir?"TikTok" sosial şəbəkəsində "hamlet800" adı ilə tanınan 25 yaşlı Hamlet Vəlizadənin təşkil etdiyi dəbdəbəli doğum günü mərasimi sosial şəbəkələrdə geniş rezonans doğurub. Avtosfer.az "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, mərasimdə tanınmış "TikTok" fenomenlərinin iştirakı və nümayiş etdirilən bahalı həyat tərzi istifadəçilər arasında ciddi suallar yaradıb.
İctimaiyyəti düşündürən əsas məqam isə gənc yaşda olduğu bildirilən Hamlet Vəlizadənin adına bağlanan biznes fəaliyyəti və maddi imkanların mənbəyidir. Sosial şəbəkələrdə onun restoran biznesi, avtomobil alqı-satqısı fəaliyyəti və digər kommersiya layihələri ilə əlaqəli olduğu iddia olunur. Lakin bu fəaliyyətlərin hüquqi statusu, sahiblik strukturu və maliyyə mənbələri barədə indiyədək hər hansı rəsmi açıqlama verilməyib. Gəncin "Karkas Cars" avto salonu ilə əlaqəli olduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə, Hamlet Vəlizadənin atası "elmeddin800" ləqəbi ilə tanınan Elməddin Vəliyevdir. Bildirilir ki, o, uzun illərdir avtomobil alqı-satqısı sahəsində fəaliyyət göstərir və bir neçə ictimai iaşə obyektinə sahibdir. Bu səbəbdən sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri də Hamlet Vəlizadənin təqdim olunan bizneslərinin ailə biznesi ilə əlaqəli ola biləcəyidir.
Müzakirələrə səbəb olan digər məqam isə doğum günündə iştirak edən qonaqlardır. Tədbirdə "TikTok"un məşhur simalarının yer aldığı görünür. Onların arasında "Velizar" ləqəbi ilə tanınan Salman Məmmədov da olub.
Xatırladaq ki, Salman Məmmədov bu ilin fevral ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddəsi üzrə inzibati protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdi.
Bundan əlavə, son günlər "Velizar"ın "TikTok" üzərindən açdığı canlı yayımları da müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə həmin yayımları eyni anda 80 minə yaxın istifadəçinin izlədiyi iddia olunur. Bu rəqəmlərin həqiqiliyi, auditoriyanın formalaşma mexanizmi və platformada izləyici statistikalarının etibarlılığı barədə müxtəlif suallar səsləndirilir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Təcili yardım maşının arxasınca irəlilədi, kameraya düşdü - 75-CB-743 - VİDEO
Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar
Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək - SƏRƏNCAM VERİLDİ
Bakıda qarajların 1 kv-nin qiyməti artdı - 1400 manatı keçdi
Ukraynanın Xəzərdə İran gəmisini vurmasının nəticələri nə olacaq? - POLİTOLOQ
Azərbaycanda avtomobil sığorta bazası niyə genişlənib? - İQTİSADÇI
İran “AzTV”ni qara siyahıya saldı; məqsəd nədir? - POLİTOLOQ
Binəqədidəki bu yolda 5 metr düz asfalt yoxdur - ŞİKAYƏT - VİDEO
Yeni avtomobil körpüləri inşa olunacaq - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
Hörmüz boğazında artan gərginlik Azərbaycanın ixrac sektoruna necə təsir edəcək? - POLİTOLOQ
Çirkli kondisioner allergiya və astmaya səbəb ola bilər










