Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb - FOTO

Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ötən gün dəmir yol ustası Cosqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidicinin oğurlandığını bildirib.
Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib, oğuladığı rels altlıqları və bərkidicilər ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












