Deputatın oğlu ötən ay Londonda 5-ci evini alıb - 1,3 milyona - FOTO

Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Londonda 600 min funt sterlinqə (1.300.000 manat) ev alıb. Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli “facebook” vasitəsilə məlumat yayıb. Jurnalist məlumatda evin ünvanını da yazıb və ödənişin O. Quluzadənin təsisçisi olduğu şirkət tərəfindən yerinə yetirildiyini açıqlayıb:
“Deputatın oğlu iyunun 25-də İngiltərə paytaxtında, Avenue küçəsi, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait “UGANO LTD” vasitəsilə “Hampshire Trust Bank PLC” üzərindən ödənilib”.
C. Həsənli bildirib ki, bu ev Ülvi Quliyevin Londonda aldığı sayca 5-ci evdir:
“Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb:
London, Squires lane 124 (565 min funt sterlinq)
London, Sellincourt road 149 (425 min funt sterlinq)
London, Sellincourt road 151 (500 min funt sterlinq)
London Barnet, Mays lane 20 (750 min funt sterlinq).
Ülvi Quliyevin oğlu “UGANO LTD”-ni 2009-cu ildə Londonda təsis edib, şirkət ötən ilin iyul ayınadək “GUANO LTD” adı ilə fəaliyyət göstərib.
2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub”.
Məsələ ilə bağlı Ülvi Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.



Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI












