Əfv və amnistiya nə vaxt ola bilər? - Tarixi açıqlandı

Adətən, hər il Novruz qabağı amnistiyaya fərmanı imzalanırdı. Hətta bundan əvvəl onun müzakirələri gedir və təxminən kimləri əhatə edəcəyi açıqlanırdı. Lakin bu il hələ ki amnisitiya və ya əfvlə bağlı heç nə danışılmır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu il amnistiya ilə bağlı fərmanın may ayında imzalanacağı gözlənilir.
Hüquq müdafiəçisi qeyd edib: "Mən belə başa düşürəm ki, amnistiyanı may ayına saxlayıblar. Mayda həm amnistiya, həm də əfv sərəncamları olacaq. Çünki adətən, amnisitiya hər il bayramqabağı olurdu. İndi bununla bağlı komissiya işləyir və amnistiya əfvlə birgə olması gözlənilir”.
Novella Cəfəroğlunun sözlərinə görə, budəfəki amnisitiya qərarı da ötənilki kimi çox sayda məhbusu əhatə edə bilər. "Mən bununla bağlı dəqiq nəsə deyə bilmərəm. Bunu parlamentlə ölkə başçısı müəyyən edir. Yəqin ki yenə də çoxlu məhbusa şamil olunacaq”.
Qeyd edək ki, ötən ilin mayında ölkə başçısının Heydər Əliyevin 100 illiyi münasibəti ilə imzaladığı əfv sərəncamı 801 məhbusu əhatə edib.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












