Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi və əhalinin gəlirlərində artım müşahidə olunur. Lakin qiymət artımları nəzərə alındıqda bu göstəricilərin real ifadədə necə dəyişdiyi və artımın əhalinin alıcılıq qabiliyyətinə nə dərəcədə təsir etdiyi diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, rəsmi göstəricilərə əsasən, pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,19 faiz, əhalinin nominal gəlirləri isə 7,12 faiz artıb. Bəs bu artımlar əhalinin real gəlirlərinə və gündəlik xərclərinə necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, pərakəndə ticarət dövriyyəsinin 3,19 faiz artmasının real artım olduğunu göstərir:

"Yəni, inflyasiya nəzərə alınmaqla əldə olunan artımdır. İnflyasiya 5,17 faiz olub, pərakəndə ticarət dövriyyəsi daha az artıb. Xeyr, bu, inflyasiya nəzərə alındıqdan sonra 3,19 faizlik real artımdır. Yəni, inflyasiyanın təsirindən təmizlənmiş real artımdır. 5,17 faizə gəldikdə isə, bu faizləri riyazi olaraq toplamaq doğru deyil. Amma bu o deməkdir ki, nominal ifadədə pərakəndə ticarət dövriyyəsi daha çox, təxminən 9-10 faiz artıb. Real ifadədə isə artım 3,19 faiz təşkil edib. Təbii ki, inflyasiyanın özü də kateqoriyalar üzrə fərqlidir. Məsələn, ərzaq məhsullarında inflyasiya 7 faizə yaxındır. Səhv etmirəmsə, son ayda bu göstərici 6,19 faiz olub. Xidmətlərdə 5-6 faiz, qeyri-ərzaq məhsullarında isə 4 faizdən aşağıdır. Yəni, göstəricilər kateqoriyalar üzrə fərqlənir. Pərakəndə ticarət dövriyyəsinin tərkibinə baxanda da artımın stabil olmadığını görürük. Ərzaq məhsulları üzrə pərakəndə ticarət dövriyyəsi təxminən 4 faiz artıb, qeyri-ərzaq məhsullarında isə artım 6,19 faiz təşkil edib. Yəni, əhalinin qeyri-ərzaq məhsullarına xərcləri ərzaq məhsulları ilə müqayisədə daha çox artıb. Burada qiymət faktorları da rol oynaya bilər. Amma ümumilikdə artım var, azalma olduğunu düşünməməliyik. Real fiziki həcmdə də artım müşahidə olunur. Sadəcə, qiymətlərin artması ərzaq məhsullarında real artımı müəyyən qədər məhdudlaşdırmış ola bilər. Burada digər mühüm məqam da sosial baxımdan həssas təbəqələrlə bağlıdır. Pensiyaçılar, aztəminatlı insanlar və aşağı gəlirli şəxslərin xərclərində ərzağın payı daha yüksəkdir. İnflyasiyanın tərkibində də ərzaq məhsullarının çəkisi yüksək olduğuna görə, qiymət artımı bu insanlara daha çox təsir göstərir. Statistik göstəricilərə əsasən bunu demək mümkündür. Əhalinin real gəlirlərinin formalaşmasında maaş artımının da təsiri var. Qiymət artımı maaş artımının real təsirini müəyyən qədər azaldır. Məsələn, nominal gəlirlər 7-10 faiz artsa belə, inflyasiyanı nəzərə aldıqda real artım daha aşağı olur".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












