Erməni separatçılardan növbəti təxribat: “Alternativ yol” ümidi ilə əraziyə texnika cəlb etdilər

Qarabağdakı erməni separatçıları növbəti dəfə təxribata əl atıblar. Belə ki, Laçın yolunun açıq olmasına baxmayaraq, bu yoldan məqsədli şəkildə istifadə etməyən, azərbaycanlı dinc aksiyaçıların haqlı etirazlarına kölgə salmaq, beynəlxalq ictimaiyyət qarşısında növbəti dəfə “məzlum” obrazı yaratmaq istəyən separatçılar alternativ yol axtarışına çıxıblar.
Bu barədə isə Ermənistan mətbuatı yazıb.
Məlumata görə, Gorus-Xankəndi yolunun azərbaycanlıların dinc etiraz aksiyası təşkil etdikləri hissəsinə paralel torpaq yol keçir. Erməni separatçıları isə həmin yolda təxribata cəhd göstəriblər. Belə ki, onlar sözügedən yolu hamarlayaraq, gediş-gəliş üçün uyğun vəziyyətə gətirməyə çalışıblar. Hətta bu məqsədlə əraziyə texnika belə cəlb ediblər.
Lakin sülhməramlılar erməni separatçıların bu addımına imkan verməyiblər. Əraziyə gələn sülhməramlı kontingent üzvləri separatçıların “alternativ yol” salmasına imkan verməyiblər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












