Ermənilər təsdiqlədi: Ordu bu istiqamətdə hərəkət edir – FOTO

Az öncə Ermənistan ordusunun sərhədimizə qoşun yığması barədə yayılan məlumat və videonu erməni kanalları dolayısı ilə təsdiqləyib.
“Erməni Hərbi Portalı” Teleqram kanalı görüntülərin Arazdəyən istiqamətində qeydə alındığını bildirib.
Qoşunların və zirehli texnikanın Arazdəyəndən keçərək Naxçıvanın işğal altında olan Kərki kəndinə doğru hərəkəti görünür.
Erməni kanalı iddia edilib ki, guya birinci videoda qoşunların adi rotasiyası, ikincidə isə “sürücülərin təlimi”dir və heç də sərhədə qoşun yığılmır.
Qeyd edək ki, “sürücülərin təlimi” zamanı hərbi maşınlarda niyə əsgərlərin daşındığına aydınlıq gətirilməyib. Və ümumiyyətlə, “sürücülərin təlimi” niyə kütləvi, qoşqulu artilleriyanın və əsgərlərin daşınması ilə məhz sərhəddə həyata keçirilməlidir?
Halbuki “qoşunların yerdəyişməsi” və “təlim” adı ilə tanklar da daxil olmaqla, qoşqulu hərbi yük maşınlarının sərhədimizə doğru irəliləməsi açıq-aydındır. //Axar.az

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












