Ermənistan Azərbaycanla dəmir yolları üzrə əlaqəni bərpa etməyə hazırdır

Ermənistan regionda kommunikasiyaların açılması üçün əməli və konkret addımlar atmağa hazırdır.
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib.
“Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ildən artıqdır bağlıdır. Bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”, - Paşinyan bildirib.
Qeyd olunub ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına münasibəti “Sülh kəsişməsi” konsepsiyasında öz əksini tapıb.
Ermənistan hökumətinin başçısı konsepsiyanı təqdim edərək ölkəsinin Azərbaycanla əvvəllər bir neçə istiqamətdə mövcud olan dəmir yolları boyunca əlaqəni bərpa etməyə hazır olduğunu bildirib: “İlk olaraq, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonunu birləşdirən şimal marşrutu, ikinci növbədə isə, digərləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutudur”.
apa
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












