Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia

Azərbaycanlı xeyriyyəçi Hacı Nuranın Türkiyənin tanınmış aktyoru, “Kurtlar Vadisi” filmində yaratdığı “Zülfüqar ağa” obrazı ilə tanınan Xəlil İbrahim Kalaycıoğluya “Buggatti” hədiyə etməsi müzakirəsiz ötüşmədi. Yenisabah.az xatırladır ki, “Buggatti” dünyanın ən prestijli avtomobil markalarından biridir. O şəksiz dünyanın ən sürətli maşını sayılır. Hazırda Azərbaycanda “Buggatti” istifadə edənlərin sayı olduqca azdır. Ölkədə bu bahalı və sürətli maşına sahib olanlar bir əldəki barmaqların sayı qədər deyil. Bunun da çox sayda səbəbi var. Əvvəla, “Buggatti” çox bahadır, onun qiyməti 1 milyon manatdan başlayır. Digər səbəb isə odur ki, ölkəmiz bu sürətli maşını idarə edəcək yol infranstrukturuna sahib deyil.
Ortaya sual çıxır: Heç bir yerdə işləməyən, rəsmi gəliri olmayan Hacı Nuran hansı pulla türkiyəli aktyora bu qədər bahalı avtomobil hədiyyə edə bilir?
Hacı Nuranın yaxın çevrəsinə daxil olan şəxslərdən biri “Buggatti” məsələsinə aydınlıq gətirib. Qeyd edib ki, hacı kiməsə 1 milyon manatlıq hədiyyə verəcək maddi gücə sahib deyil. Onun sözlərinə görə, Hacı Nuranın missiyası birinin hədiyyəsini digərinə çatdırmaqdır.
Məlumatlı şəxs deyir ki, Azərbaycanda pərəstiş etdiyi sənət adamına bir milyon manatlıq hədiyyə vermək iqtidarında olan şəxslər var. Amma onlar hədəfə tuş gəlməmək üçün bu hərəkətlərini publik şəkildə icra etmirlər. Belə məqamda onların köməyinə Hacı Nuran çatır. Onlar özlərinin bahalı hədiyyələrini Hacı Nuranın vasitəsilə sahibinə çatdırırlar.
Həmsöhbətimiz ağlasığmaz iddia ilə çıxış edib. Bildirib ki, bu cür mərasimlər çox vaxt şəkil çəkdirməkdən o yana getmir:
“İnsanlar bir araya gəlib şəkil çəkdirir, sözdə hədiyyələrini təqdim edir, sonra da işlərinin arxasınca gedirlər. Adı da olur ki, filankəsə bahalı hədiyyə təqdim edildi. Filankəs həmin hədiyyəni ancaq bir dəfə – şəkil çəkdirəndə görür”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










