Hacıbala Abutalıbovun parkomatları bir işə yaramadı - VİDEO

Yolun hərəkət hissəsində avtomobillərin park edilməsi tıxac yaradır. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, paytaxt küçələrində xüsusilə günün pik vaxtında saatlarla davam edən tıxacları müşahidə olunur. Tıxcların ən əsas səbəblərindən biri də yol kənarında avtomoillərin qanunusuz park edilməsidir. Bəzən 3 zolaqlı yolun yalınz birində hərəkət mümkün olur. Digər ikisində isə avtomobillər park edilib. Hətta bəzi sürücülər piyadalar üçün nəzərdə tutulmuş səkiləri, avtobus dayanacaqlarını belə zəbt etməkdən çəkinmir.
Qanunsuz parklanmanını qarşısını almaq üçün bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam imzalandı. Bir sıra küçələrdə qanuni parkomatlar yaradıldı. Amma bu da problemi aradan qaldırmadı. Avtomobillərini harada gəldi park edənlər vərdişlərindən daşındırmadı. Ən maraqlısı budur ki, cəzalandırma da sürücülərin məsuliyyətli davranmasını təmin etmir. Elə təkcə bu ilin 3 ayı ərzində 65 minə qədər sürücü inzibati məsuliyyətə cəlb edilib. Bu il 65 min sürücü avtomobilini qanunsuz park etdiyinə görə, məsuliyyətə cəlb olunub. BDYPİ-nin şöbə müdiri Kamran Əliyev deyir ki, qanunsuz park edilməyə görə 62 min sürücü İnzibati Xətalar Məcəlləsinin 158-1.2 maddəsinə müvafiq olaraq, məsuliyyətə cəlb ediliblər. 2 mindən çoxu sürücü isə avtobus duracaqlarından 15 km aralıda saxladıqlarına görə inzibati məsuliyyətə cəlb olunublar. Ekpertlər isə cəzalandırma ilə yanaşı müntəzəm nəzarətin vacib olduğunu da deyirlər.
Ekspert Ərşad Hüseynov bildirdi ki, avtomobilləri qanunsuz dayanacaqlardan evakuator vasitəsilə aparıldıqda sürücü məsuliyyətə cəlb olunur. O təklif etdi ki, yol polisi və kameralar vasitəsilə qanunsuz parklanma göründükdə belə sürücü məsuliyyətə cəlb olunmalıdır.
Qeyd edk ki, hazırda avtomobillərini qanunsuz park edənlər üçün 20 manat, bunu avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlar ərazisində edənlər üçün isə 40 manat cərimə nəzərdə tutulub. Amma bütün bunlarla bərabər qanunu eləcə də sürücü və piyadaların hüquqlarını pozanlar bu addımı atmazdan əvvəl etdikləri əməli düşünsələr bəlkə də nə cəzaya nə də cəriməyə ehtiyac qalar.
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA










