Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində ikinci pilotun zərərsizləşdirilməsinə kömək etmiş bir neçə sərnişini qəbul edib.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı onlar sentyabrın 30-da baş verən hadisənin təfərrüatını açıqlayıblar.
Sərnişinlər hadisəni törədən şəxsin onlardan öldürülməsini istədiyini bildiriblər.
“Biz pilota bıçaqla zərbə endirən ikinci pilotun əl-qolunu qulaqlıq naqilləri ilə bağladıq. O, “Məni öldürün” deyə təkrar edirdi, yəni o, ölümü tapşırığı yerinə yetirə bilməməkdən üstün tuturdu”, - Baş nazirin ofisinin şahidlərin sözlərinə istinadən yaydığı bəyanatda deyilir.
Görüşdə iştirak edən şəxslərin adları isə açıqlanmayıb.
Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












