Heydər Əliyev prospekti açılır

Heydər Əliyev prospekti əsas yol ötən gecədən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tam hazır vəziyyətə gətirilib. Yolda xətləmə işləri aparılıb, yeni nişanlar quraşdırılıb. “Azəryolservis” ASC-dən verilən məlumata görə, yola vurulan rənglər səhərə yaxın quruduğundan əsas yolun təmirdən sonra istifadəyə verilməsi səhərə qədər təxirə salınıb və səhər saatlarında yol tam açılıb. Heydər Əliyev prospekti əsas yolda hər iki istiqamətdə afalt-beton örtüyü çəkilib, səki daşları dəyişdirilib, işıq dirəkləri rənglənib, yerüstü piyada keçidi yenidən qurulub. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub.
Əsas yol açıldıqdan sonra Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Heydər Əliyev prospektindəki təmir Avropa oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində aparılır.
Fidan
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












