Hindistan Ermənistana “Akaş” zenit-raket kompleksləri satıb

“EurAsianTimes” Hindistanın Ermənistana “Akaş” zenit-raket komplekslərini satdığına dair məlumatlar dərc edib.
Bu mövzuda danışıqların aparılması ilə bağlı məlumatlar daha əvvəl ortaya çıxsa da, nə İrəvan, nə də Nyu Dehli bunu təsdiqləməyib.
“Akaş” Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir. İstehsalçının vebsaytına əsasən, mobil platformalarda yerləşdirilən bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir.
“ICICI Securities” xəbər bülleteni BDL-nin sifarişlər kitabına istinadən bildirir ki, şirkət “bu yaxınlarda “Akaş” yer-hava raket sistemlərinin ixracı üçün sifariş alıb”. Müştərinin Ermənistan olduğunu təxmin etmək çətin deyil.
“EurAsianTimes yazır” ki, “Akaş” “Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, “hava-yer” və “yer-yer” raketləri almaqda da maraqlıdır”. (oxu.az)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











