Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb

Panama bayrağı altında üzən "On Peace" tankeri Hörmüz boğazından keçməyə cəhd edərkən atəşə tutulub, nəticədə 12 heyət üzvü yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Kommersant" Hindistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
"Ticarət gəmisinə bugün edilən hücumu pisləyirik... 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Məlumdur ki, 12 heyət üzvü, o cümlədən 11 Hindistan vətəndaşı yaralanıb", - qurumdan bildirilib.
Oman hakimiyyətinin dəstəyi ilə yaralanan dənizçilər təxliyə edilib və müalicə üçün Əl-Xəsaba çatdırılıb.
"Regionda gəmilərə hücum hallarının davam etməsi Hindistanda hələ də dərin narahatlıq doğurur. Sülh və sabitlik naminə biz bir daha bu cür hücumların dərhal dayandırılmasına çağırırıq", - qurumdan əlavə edilib.
Hindistan XİN həmçinin beynəlxalq su yolları ilə gəmiçilik və ticarəti mümkün qədər tez bərpa etməyə çağırıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












