İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO

Son günlər İlduzə Hacıyevanın azadlıqdan məhrum edilməsi ilə bağlı qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər canlı yayım açaraq İlduzə Hacıyevanın hadisədə günahsız olmasını müdafiə edir və qəza nəticəsində ölən sürücünün ünvanına müxtəlif təhqirlər səsləndirirlər.
Avtosfer az xəbər verir ki, İlduze Haciyevanın 5 il 2 ay müddətində azadlıqdan məhrum edilməsi ictimaiyyətdə tərəddüdlərə səbəb olub. Bəzi vətəndaşlar məhkəmə qərarını qanunvericiliyin tələblərinə uyğun hesab etsələr də, digərləri hökmün sərt olduğunu bildirərək məsələyə fərqli yanaşma nümayiş etdirirlər. Bəs İlduz Hacıyevanın 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi ehtiyatsızlıqdan törədilən ölüm faktı üzrə ağır cəza hesab oluna bilərmi?
Mövzu ilə bağlı hüquqşunas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, məhkəmənin istintaq apardığı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri üzrə olub:

"263.2-ci maddə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmanı, 264-cü maddə isə yol-nəqliyyat hadisəsi yerini tərk etməni nəzərdə tutur. Hər iki maddənin sanksiyasında ictimai işlər, islah işləri və ya alternativ cəza növləri nəzərdə tutulmayıb. Qeyd edim ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsində cərimə cəzası nəzərdə tutulsa da, bu iş üzrə istintaq 263.2-ci maddə ilə aparılıb. Həmin maddənin sanksiyası 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur".
Hüquqşunas qeyd edib ki, eyni zamanda tətbiq edilən 264-cü maddənin sanksiyasında da 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib:
"Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq cəzaların toplanması və ya daha ağır cəzanın daha yüngül cəzanı əhatə etməsi qaydasını tətbiq edib. Bu maddələrin sanksiyalarında ictimai işlər, cərimə və ya islah işləri nəzərdə tutulmadığı üçün məhkəmənin belə alternativ cəza təyin etmək kimi hüquqi imkanı olmayıb. Buna görə də təyin olunan 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində icra olunacaq. Əgər təyin edilən cəza 5 ildən az olsaydı, məhkəmə tərəfindən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi imkanına da baxıla bilərdi".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO













