İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb

İranın Mülki Aviasiya Təşkilatının Ukraynaya məxsus ”Boeing” təyyarəsinin vurulması haqqında ikinci ilkin hesabatı onu göstərir ki, təyyarə ZRK "Tor-M1" kiçik hərəkət radiuslu "yer-hava" tipli iki raketi tərəfindən vurulub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının saytında dərc edilmiş sənəddə bildirilir.
Hesabatdan göründüyü kimi, “Boeing 737-800”-ə şimaldan iki “Tor-M1” “yer-hava” tipli raket atılıb. Raketlərin dəyməsindən sonra təyyarə yaşayış sahəsindən yuxarıda sürətlə hündürlüyü itirməyə başlayıb, sonra əyləncə parkındakı "maneə" ilə toqquşub və yerə düşüb. Təyyarə sonra futbol meydançasına keçib, tamamilə dağılıb və alova bürünüb.
Sənədə əsasən təyyarə Tehrandan yerli vaxtla saat 6:12-də uçub, hava maşını 8,1 min fut (2,4 min kilometr) hündürlükdə olanda “Boeing”lə əlaqə itib. Layner saat 6:15-də və 6:18-də iki dəfə ilkin müşahidə radarlarından itib.
Mehrabad aeroportunun ilkin müşahidə radarlarının məlumatına görə, saat 6:15 təyyarə hərəkət istiqamətindən kənara çıxıb və sağa dönməyə başlayıb və "ehtimal ki," üç dəqiqə boyunca aeroporta tərəf uçuş davam edib. Sonra təxminən saat 6:18-də radarlardan itib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












