İsti havalarda təhlükəsiz sürüş üçün təkərlərin təzyiqi neçə olmalıdır? - USTA

Yay aylarında havanın temperaturunun yüksəlməsi avtomobillərin şinlərinə birbaşa təsir göstərir.
Avfosfer.az xəbər verir ki, mövsümə uyğun olmayan şinlərdən istifadə, təzyiqin düzgün tənzimlənməməsi və uzun müddət istismar olunan təkərlər isti havalarda təhlükəsizlik baxımından əlavə risk yarada bilər.
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az- açıqlamasında bildirib ki, yay aylarında havanın temperaturunun yüksəlməsi avtomobillərin şinlərinə də birbaşa təsir göstərir:

''Bu səbəbdən mövsümə uyğun şin seçimi və düzgün texniki qulluq vacibdir. Qış şinlərindən yay aylarında istifadə etmək tövsiyə olunmur. Çünki qış şinləri daha yumşaq materialdan hazırlanır və isti havada tez aşınır. Yay mövsümündə yay və ya dörd fəsil üçün nəzərdə tutulmuş şinlərdən istifadə edilməlidir. Şinlərin protektorunun qalınlığına da diqqət yetirilməlidir. Yay aylarında asfaltın yüksək temperaturu ilə avtomobilin hərəkəti nəticəsində yaranan istilik üst-üstə düşdükdə, xüsusilə uzun məsafələrdə köhnə və ya aşınmış şinlərin partlama riski artır''.
Dəniz Ağabeyli qeyd edib ki, avtomobilin asqı sistemi və təkərlərin düzülüşü (razval-sxojdeniye) yoxlanılmalıdır:
''Təkərlər yalnız bir tərəfdən deyil, paralel şəkildə bərabər aşınmalıdır. Əks halda, həm təhlükəsizlik azalır, həm də şinlərin istismar müddəti qısalır. Şin təzyiqinin düzgün tənzimlənməsi də vacibdir. Hər avtomobil üçün istehsalçının müəyyən etdiyi təzyiq göstəricisinə əməl olunmalıdır. Ümumilikdə, yay aylarında minimum 2.2 atmosfer təzyiq normal hesab olunur. Bəzi avtomobillərdə bu göstərici 2.5, 3 və ya 4 atmosfer ola bilər. Yay mövsümündə havanın isti olması səbəbindən şin təzyiqini istehsalçının tövsiyəsinə uyğun olaraq təxminən 0,2 atmosfer artırmaq məsləhət görülür. Bu, həm yanacaq sərfiyyatının optimallaşmasına, həm də avtomobilin yol tutuşunun yaxşılaşmasına müsbət təsir göstərir''.
Fatimə Dadaşova
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












