"İndi kimi saxlasan hamısı deyəcək ki, bilərəkdən eləməmişəm"

Yağışlı havada sürücülərin piyadaların üzərinə su sıçratdığı halları ilə tez-tez rastlaşırıq. Elə son iki gündə Bakıya yağan yağış səbəbindən yollarda yaranan gölməçələr həm piyadaların yolu keçməsinə mane olur, bir tərəfdən də məsuliyyətsiz sürücülər maşını yüksək sürətlə idarə edərək piyadaların üzərinə su sıçradırlar.
Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu problemlə bağlı bir neçə gündür Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə müəyyən maarifləndirici materiallar hazırlayırlar.
O hesab edir ki, bu məsələlərdə vətəndaşların nə qədər çox məlumatlı olması təmin olunarsa, bir o qədər effektiv ola bilər:
"Hazırkı şəraitdə qanunvericiliklə bağlı bir neçə məqama diqqət çəkmək istəyirəm ki, qanunvericiliyin tələbinə görə, sürücülər belə havalarda mütləq sürət rejiminə əməl etməlidirlər. Yəni sürət həddi nə yazılıbsa, ona uyğun yox, hava şəraitinə uyğun seçilməlidir. Belə olan halda təbii ki, biz yaxşı nəticələrdən danışa bilərik. Yəni insanları narahat etmədən, onların üzərinə su sıçratmadan yolda hərəkəti təşkil etmək mümkündür. Amma təəssüflər olsun ki, bir çox hallarda sürücülər mövcud yol şəraitini nəzərə almırlar və yüksək sürətlə hərəkəti üstün tuturlar. Belə olan halda isə ciddi problemlər yaranır. Qanunvericilikdə bununla bağlı cəza nəzərdə tutulub və qeyd olunur ki, vətəndaşların və yaxud da ətrafdakı obyektlərin üzərinə bilərəkdən su sıçratmağa görə 40 manat cərimə tətbiq olunur. Bu cərimələrin tətbiqi ilə bağlı hər hansı bir problem yoxdur. Vətəndaşlar tərəfindən daxil olan müraciətlər də varsa, bu, mütləq araşdırılır. Şəxs narazı qaldığı məqamlarla bağlı mütləq aidiyyəti üzrə şikayət edə bilər və belə olan halda polis araşdırır. Vətəndaşın təqdim etdiyi avtomobilin dövlət qeydiyyat nişanını araşdırılır və həmin tarixdə belə bir hadisənin baş verib-vermədiyi yoxlanılır və təsdiqini taparsa, sürücü barəsində inzibati tənbeh tədbiri görülür".

Ekspert qeyd etdi ki, hazırkı şəraitdə yol polisi əməkdaşlarının vəziyyətə necə nəzarət etməsi bir az sual doğurur.
"Çünki qanuna görə, belə əməl bilərəkdən törədildikdə xəta törədilmiş sayılır. Bununla bağlı düşünürəm ki, məsələ bir az aydınlaşdırılmalıdır. İndi kimi saxlasan hamısı deyəcək ki, bilərəkdən eləməmişəm. Amma hər bir halda vətəndaşlar özləri də başa düşməlidirlər ki, yollarda hər hansı bir çala-çökək var və bunun nəticəsində yüksək sürətlə avtomobil hərəkət edəndə fəsad baş verir, dediyimiz problem yaşanır. Bunun qarşısını almaq üçün yeganə yol sürücülərin diqqətli olmasıdır. Belə havalarda mütləq sürət rejiminə əməl etmək lazımdır", - deyə E.Muradlı qeyd etdi.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Bəzi avtomobil idarəçilərinin heç sürücülük vəsiqəsi də yoxdur - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










