İsmayıllıda oğurluq pulla səyahətə gedən şəxs tutulub - FOTO

İsmayıllı şəhəri ərazisində yerləşən qızıl-zinət əşyaları mağazasından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 25 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən mağazaya baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 32 yaşlı Adil Hacıyev saxlanılıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs səhər saatlarında Qazax rayonundan İsmayıllıya gəlib, burada kənardan mağazaları izləyib və daha sonra gecə saatlarında qeyd olunan obyektə daxil olaraq oradan oğurluq edib. A.Hacıyev ifadəsində bildirib ki, hadisəni törətdiyi gecə İsmayıllıda qalıb, səhəri gün isə Bakı şəhərinə gedərək qızılları paytaxtın müxtəlif yerlərində satıb. Əldə etdiyi pulu xarici ölkələrdən birinə gedərək orada əyləncəsinə xərcləyib, geri qayıdarkən isə polis orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












