Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO

Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə və kommunist ideologiyasının təbliği ilə bağlı ittiham olunan şəxslər barəsində məhkəmə hökm çıxarıb.
Avtosfer.az xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən Elçin Bayramlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər - İbrahim Əsədli və Abdulla İbrahimli 2 il, Mehman Zeynalov isə 1 il 6 ay həbs cəzası alıb.
Elçin Bayramlı uzun illər "Səs" qəzetində çalışıb və müxtəlif ictimai-siyasi mövzularla bağlı çıxışları ilə tanınıb. Son dövrlərdə onun Sovet İttifaqına müsbət münasibət ifadə edən açıqlamaları da müzakirələrə səbəb olmuşdu. Həmçinin, uzun illərdir "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
Diqqət çəkən məqamlardan biri isə odur ki, Elçin Bayramlının adı 2017-ci ildə jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasından mənzil alan şəxslərin siyahısında yer alıb. Həmin dövrdə yayılan məlumatlara görə, o, həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə birlikdə mənzil alan jurnalist ailələrindən biri olub. Bu mənzillər Prezident Administrasiyasının o vaxtkı İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kurasiya etdiyi dövrdə jurnalistlərə təqdim edilib.
Qeyd edək ki, uzun illərdir "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir./gununsesinfo.az

Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












