Kəlbəcərdə minaya düşən şəxslərin görüntüləri - VİDEO

Dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində minaya düşən mülki vətəndaşlardan 3-ü Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına gətirilib. Onlardan bir nəfər ixtisaslı müalicə üçün başqa xəstəxanaya təxliyə edilib. Digər iki nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Avtosfer.az xəbər verir ki, bunu azərtac-a açıqlamasında Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının növbətçi həkimi Samir Məhərrəmov deyib.
“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində minaya düşərək yaralanan 1969-cu il təvəllüdlü Pənahov Radik Şəmsəddin oğlu sağ baldır sümüklərinin yer dəyişmiş sınığı, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu isə daban və incik sümüyünün yer dəyişmiş sınığı diaqnozu ilə xəstəxanamıza daxil olub. Hər iki vətəndaşa ilkin tibbi yardım göstərilib. Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir”, – deyə həkim bildirib.
Ərazidə rabitə xətlərinin çəkilməsi ilə məşğul olan Sadir Əliyarov həmin dəhşətli anları belə xatırlayır: “Xətt çəkmək üçün dirək yeri qazılmalı idi. İki nəfər traktorla yer qazmağa hazırlaşırdı. Biz isə dirək gətirməyə getmişdik. Birdən zəng gəldi ki, traktor minaya düşüb. Hadisə yerinə çatanda artıq hərbçilər köməyə gəlmişdi. Birlikdə yaralıları maşının arxasına yerləşdirdik. Geri qayıdanda təxminən 10 metr getmişdik ki, yük maşını da minaya düşdü. Bu cür təxribatlar bizi qorxutmur, inşallah sağaldıqdan sonra Radiklə birgə işimizə qayıdacağıq”.
Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər minaya düşüb. Belə ki, kənd ərazisində infrastruktur layihələrində çalışan 4 nəfər minaya düşərək xəsarət alıb. Onları təxliyə etmək üçün hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO










