Kosmetik vasitələrin saxtalığı necə müəyyən edilə bilər? – KOSMETOLOQDAN XANIMLARA TÖVSİYƏ

Qadınlar gözəl və baxımlı görünmək üçün demək olar ki, hər gün kosmetik vasitələrdən istifadə edirlər. Bu səbəbdən kosmetik vasitələr qadınların həyatında önəmli rol oynayır.
Bəs kosmetik prosedurlar zamanı istifadə olunan vasitələrin orijinal və ya saxta olduğunu necə anlamaq mümkündür?
Mövzu ilə bağlı kosmetoloq Zümrüd Rəhimova Avtosfer.az-a açıqlamasında bildirib ki, kosmetik prosedurlar zamanı istifadə olunan vasitələrin orijinal və ya saxta olduğunu müəyyənləşdirmək vacibdir:

“Orijinal məhsulun loqosu, holoqramı, yazıları və dizaynı dəqiq və qüsursuz olur. Saxta məhsullarda isə yazılar bulanıq, səhv yazılmış və ya keyfiyyətsiz olur. Məhsulun üzərindəki barkod və ya QR kodu skan edərək məhsulun orijinallığını yoxlaya bilərsiniz. Orijinal məhsulların məlumatları istehsalçının rəsmi saytında yer alır. Keyfiyyətli və möhkəm qablaşdırma orijinal məhsulun əlamətidir.
Məhsulun tərkibində qeyri-adi və ya qadağan olunmuş maddələr varsa, məhsul şübhəli ola bilər. Orijinal məhsulların təsdiq və keyfiyyət sertifikatları olur. Klinika və ya salon bu sənədləri təqdim etməlidir.
Proseduru həyata keçirən məkanın və mütəxəssisin rəsmi lisenziyası olmalıdır. Məkanın məhsul təchizatçısı ilə rəsmi müqaviləsi varsa, bu məhsulların orijinal olma ehtimalını artırır.
.
Orijinal kosmetik vasitələr baha ola bilər. Əgər məhsul şübhəli dərəcədə ucuz təklif edilirsə, saxta olma ehtimalı var. Məhsulun qiymətini rəsmi distribüter və ya istehsalçının saytındakı qiymətlə müqayisə edin”.
Kosmetoloq əlavə edib ki, orijinal məhsulların qoxusu və teksturası sabit və keyfiyyətlidir:
“Saxta məhsullarda isə qeyri-adi qoxu və ya quruluş dəyişiklikləri ola bilər. Etiketdə yazılar düzgün yerləşdirilməli və son istifadə tarixi dəqiq qeyd olunmalıdır.
Məhsulu yalnız rəsmi distribyutor və ya tanınmış apteklərdən alın. Onlayn alış-veriş zamanı məhsulun təchizatçısının etibarlılığını yoxlayın.
Mütəxəssislər istifadə etdikləri məhsulların orijinallığı barədə sizi məlumatlandırmalıdır. Şübhəli hallarda onlardan əlavə sənədlər tələb edə bilərsiniz.”
Eltac Zülfüqaroğlu
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












