Manaf Ağayevin düşdüyü ağır qəza - "06" yoldan çıxdı, getdi düşdü dərəyə

"Mən 100-dən yuxarı maşın sürmürəm". Bunu Manaf Ağayev “Xəzər axşamı” verilişində yüksək sürətlə avtomobil idarə etməməsinin səbəbindən danışarkən deyib.
Müğənni bunun səbəbini bir dəfə artıq gözünün qorxduğu ilə əlaqələndirib. Manaf illər öncə düşdüyü o dəhşətli qəzanı belə xatırlayıb: “Mən maşın sürə bilmirəm, ümumiyyətlə. Sevmirəm... Qorxmuşam, onun üçün yüksək sürətlə maşın idarə etmək mənlik deyil. Mən bir dəfə bir qəzaya düşmüşəm, o maşına kim baxsa, deyər ki, oradan salamat insan çıxa bilməz də, mümkünsüzdür. O maşın metalloma getdi, mən onun içindən sağ çıxdım. Bu hadisə 1986-cı ildə olub. "06" idi, yoldan çıxdı, getdi düşdü dərəyə. Maşın arxası üstdə qaldı. Məni "padpres"dən çıxartdılar. Bir dənə burnumun kənarında yüngülvari şüşənin cızığı idi. Durdum ayağa, maşına baxırsan, elə bil konserva qutusudur. O maşın "metallom"luq oldu, düzəldilməsi mümkün deyildi".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












