Masazırda yol problemi: "Qışda palçıq, yayda toz olur" - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində 500-ə yaxın sakinin yaşadığı ərazidə küçə keçilməz vəziyyətdədir.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Masazır qəsəbəsinin Sarı Aşıq küçəsinin sakinləri deyirlər ki, yağış yağan kimi yoldan istifadə çətinlik yaradır.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb. Küçədə qrunt suların axıdılması üçün drenaj şəbəkəsi də yoxdur. Bu səbəbdən evlərin həyətlərinə su dolur.
Masazır bələdiyyəsidən "Xəzər Xəbərə" bildirilib ki, Sarı Aşıq küçəsində təmir işlərinin aparılması artıq tədbirlər planına salınıb, yaxın vaxtlarda işlərə başlanacaq.
O da qeyd olunub ki, Sarı Aşıq küçəsi ilə bərabər, digər bir neçə küçədə də təmir işləri aparılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












