Maşınla meşəyə getdi; nişanlısını gözünün qabağında zorladılar - ŞOK

Türkiyədə insanlığa sığmayan zorlanma hadisəsi yaşanıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, təcavüz Buca şəhərində meşəlik ərazidə baş verib. İnşaat firmasında katibə işləyən S.M. adlı qız işdən sonra nişanlısı T.F. ilə görüşüb, avtomobillə gəzməyə çıxıblar. Cütlük avtomobili meşəlik ərazinin girişində park edib, musiqi dinləyərək söhbət etmək istəyir. Bu zaman meşəlikdə spirtli içki qəbul edən üç nəfər avtomobilin yanına gəlib silah gücü ilə T.F-nin əllərini bağlayıb. Pozğunlar bunun ardından da nişanlısının gözləri önündə gənc qıza dəfələrlə təcavüz ediblər. İyrənc əməllərindən sonra isə cütlüyün pullarını, zinət əşyalarını və telefonlarını da götürüb qaçıblar.
Vaxt itirmədən polisə gedən cütlük başlarına gətirilən faciəni danışıblar. Polis cinayətkarları yol kənarlarına quraşdırılmış müşahidə kameralarına düşmüş görüntülərilə axtarmağa başlayır. Onlardan biri oğurluq telefonu satarkən yaxalanır. Nişanlı cütlüyün tanıdığı şübhəli sorğu zamanı hər şeyi etiraf edib.
Cinayətkarların üçü də evli və uşaq sahibidirlər.
Maraqlıdır ki, hadisə günü onlardan birinin qızı doğulub. Qarət, narkotik, basqın və fiziki xəsarət yetirmə kimi cinayətlərdə adları hallanan hər üç şəxs saxlanılıb.
Psixoloji dəstəklə özünə gələn gənc qız yaşadığı dəhşəti polislərə belə anladıb: "Özgecan Aslanın başına gələnlər məni dəhşətə salmışdı. Eyni şeyləri mən də yaşadım, ancaq məni öldürmədilər. Təcavüzçülərə ən ağır cəzanın verilməsini istəyirəm".
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












