Media və Yayım Şurası Türkiyə mediasındakı paylaşımlarla bağlı Bəyanat yayıb

"Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının Bəyanatında bildirilib.
Qeyd olunub ki, iki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılması və buna qarşı heç bir tədbir görülməməsi təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndirilir:
"Sözügedən paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Bu kimi hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir. Hesab edirik ki, digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir.
Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir.
İctimaiyyətimiz iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hal hesab edir və belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımlar atılmasını gözləyir".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












