Məhkəmədən sonra bütün paylaşımlarını sildi - FOTO
Gündəm
8 Avqust 2026 16:36

Xəbər verdiyimiz kimi, tiktoker İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Avtosfer.az xəbər verir ki, məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib.
O, 818 mindən çox izləyicisi olan TikTok səhifəsində videoları yığışdırıb.
Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağası qoyulub.
Qeyd edək ki, "Arzum"un təqsirli bilindiyi qəza ötən ilin iyununda Mərdəkan qəsəbəsində olub. Gecə yarısı "Changan” markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes”lə yandan toqquşub. Nəticədə "Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyaat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Bir neçə gün əvvəl isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb. Hazırda məhkəmə yeni ekspertiza təyin edib.
//axşam.az

Oxunub : 808
DİGƏR XƏBƏRLƏR
9 Noyabr 2026 00:11
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
8 Noyabr 2026 20:46
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
8 Noyabr 2026 18:53
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
8 Noyabr 2026 18:37
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
8 Noyabr 2026 16:15
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
8 Noyabr 2026 15:12
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
8 Noyabr 2026 13:00
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
8 Noyabr 2026 12:26
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
8 Noyabr 2026 12:03
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
8 Noyabr 2026 09:28
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
8 Noyabr 2026 09:06
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
8 Noyabr 2026 09:00
Azərbaycanın 30 illik suveren Vətən mübarizəsinin nəticəsi – 8 Noyabr ZƏFƏR GÜNÜ
ŞƏRH YAZ












