Metroda əlil qalmaqalının davamı – VİDEO

Bakı mertrosundan istifadə edən adamlar eşitməmiş olmazlar. Metronun vaqonlarında məlahətli səsi olan bir xanım sərnişinlərə yumşaq desək, tövsiyə edir: “Hörmətli sərnişinlər, qocalara, əlillərə, uşaqlı qadınlara yer verin”.
Burada bəzi incə məntiqsizliklərə, sərnişinlərin təhqir edilməsini bir kənara qoyaq, belə sual yaranır: ay Bakı metrosu, əlillərin metrodan istifadə etməsi, vaqona minməsi üçün hansı şəraiti yaratdın ki, indi də sərnişinlərdən onlara qarşı humanistlik tələb edirsən. Metropoliten rəhbərliyi əlil arabaları üçün niyə zolaq düzəltmir?
Bu sualın haradan yaranmasını bir daha oxuculara çatdıraq. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, iki gün əvvəl metronun “Sahil” stansiyasında ölkədə əlillərin ictimai nəqliyyatda, metroda nəzə alınmamasının şahidi olduq. Əlil arabasında olan şəxs metroya daxil olması üçün heç bir şəraitin olmamasını ucbatından xeyli əziyyət çəkib. Yaxınını əlil arabasında metroya gətirən şəxslər polisdən araba ilə metroya düşmək üçün məsləhət istədilər. Polis isə belə bir keçidin olmamasını dedi. Uzun sürən müzakirədən sonra əlil şəxsin yaxınlarından biri gedişi turniketə daxil etdi və bundan sonra kənardakı dəmir arakəsmə polis tərəfindən götürüldü və əlil arabası metroya buraxıldı. Arabanın eskolatora mindirilməsində isə bir neçə nəfərin köməyindən istifadə olundu. Rəsmi rəqəmlərə görə, Azərbaycanda əlilliyi olan insanların sayı 520 minə yaxındır. Unutmayaq, əlilin varsa, ona sahib çıxırsansa, dövlətsən, millətsən, “yoxdursa”, gizlədirsənsə, əlilsən...
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












