Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?

“28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması paytaxtda ictimai nəqliyyatın yükünü artırıb.
Mövcud vəziyyətdə əsas narahatlıq sentyabrın 15-dən yeni tədris ilinin başlanması ilə bağlıdır. Məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması hər gün yüz minlərlə şagird, tələbə, müəllim və valideynin şəhərdaxili hərəkətinə təsir etdiyindən nəqliyyat sisteminə düşən yükün daha da artacağı gözlənilir.
Belə olan halda, paytaxtda yarana biləcək əlavə nəqliyyat sıxlığının qarşısını almaq üçün hansı addımlar atıla bilər? Məktəb və universitetlərdə tədrisin fərqli tarixlərdə başlaması mümkündürmü? Yaxud müəyyən müddət üçün distant və hibrid tədris modelinin tətbiqi gündəmə gələ bilərmi?
Elm və Təhsil Nazirliyi: Məsələ hazırda müzakirə olunmur
Avtosfer.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda tədris qrafikinin və ya formasının dəyişdirilməsi ilə bağlı müzakirə aparılmır.
“Sorğunuzda qeyd edilən məsələ ilə bağlı hazırda müzakirə aparılmır”, – nazirlikdən qeyd olunub.
ADNSU: Distant təhsilə keçilməyəcək
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, metrodakı mövcud vəziyyət universitetdə dərslərin qrafikinə və tədris formasına təsir etməyəcək.
“Bəli, müəyyən qədər gediş-gəlişdə sıxlıq yaranacaq, lakin bu səbəbdən distant təhsilə keçilməyəcək, təhsil formasında dəyişikliyin olması nəzərdə tutulmayıb. Sıxlıq müəyyən müddət davam edəcək. Əvvəlki illərdə olduğu kimi, dərslərə sentyabrın 15-dən start veriləcək”, – universitetdən bildirilib.
UNEC: Mövcud dərs saatları dəyişdirilməyəcək
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də metrodakı məhdudiyyətlə əlaqədar dərs saatlarının dəyişdirilməsi nəzərdə tutulmur.
Universitetdən bildirilib ki, dərs saatları birinci və ikinci növbə olmaqla əvvəlki qaydada qalacaq. Magistratura səviyyəsində isə dərslər həmişə olduğu kimi axşam saatlarında davam etdiriləcək.
UNEC-də bəzi dərslərin artıq hibrid formada keçirildiyi də qeyd olunub. Məsələn, qeyri-ixtisas fənlərinin bir hissəsi onlayn formada tədris edilir. Lakin universitetdən vurğulanıb ki, bu tədris modelinin “28 May” və “Nizami” stansiyaları arasındakı təmir prosesi ilə əlaqəsi yoxdur.
ADPU: Real vəziyyətdən asılı olaraq müəyyən tədbirlər görülə bilər
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) isə bildirilib ki, hazırda məsələ ilə bağlı konkret qərar qəbul edilməyib.
“Hazırda bununla bağlı konkret bir qərar yoxdur. Dərslərin başlanması ərəfəsində real vəziyyətin qiymətləndirilməsi fonunda müəyyən tədbirlərin nəzərdə tutulması mümkündür”, – universitetdən qeyd olunub.
Türkiyə-Azərbaycan Universiteti: Dərs saatlarında dəyişiklik nəzərdə tutulmur
Türkiyə-Azərbaycan Universitetindən (TAU) bildirilib ki, nəqliyyat marşrutları və hərəkət intensivliyi üzrə aparılan təhlillərə əsasən, universitetin mövcud dərs cədvəli yollardakı pik saatlarla tam üst-üstə düşmür.
“Bu səbəbdən dərs saatlarında hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Dərslər əvvəlki qaydada və müəyyən olunmuş vaxtlarda davam edəcək:
* Əsas dərslər – saat 09:00-da;
* Hazırlıq qruplarının dərsləri – saat 09:40-da”, – universitetdən bildirilib.
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










