"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO

Sosial şəbəkələrdə paylaşılan bir məlumat oxucuların və vətəndaşların narahatlığına səbəb olub. Belə ki, "Həkimlər qrupu" sosial şəbəkə səhifəsində anonim şəkildə paylaşım edən vətəndaş "My Gov" (my.gov.az) elektron hökumət portalındakı sağlamlıq bölməsində adından ağır xəstəliklər və diaqnozların yazıldığını iddia edib.
Maraqlısı da budur ki, sən demə eyni hal onlarla vətəndaşın da başına gəlibmiş...
Avtosfer.az xəbər verir ki, paylaşımda bildirilir ki, heç vaxt müraciət etmədiyi və tanımadığı həkimlər tərəfindən onun adına vəba, sistit və digər ciddi xəstəliklərin adları qeyd olunub:
"Təsəvvür edin, tanımadığım, adları bilinməyən həkimlər və orada çox ciddi diaqnoz xəstəlik adları qeyd edilib. Bu gün poliklinikaya yaxınlaşdım, heç nə edə bilməyəcəklərini dedilər. Bəziləri "əşi heç nə olmaz, əhəmiyyətli deyil" desə də, həqiqət budur ki, mən o həkimlərdə olmamışam və şükür Allaha heç bir ciddi xəstəliyim yoxdur", - deyə vətəndaş şikayətində qeyd edib.
Narahat vətəndaş bu səhvlərin necə düzəldilə biləcəyini və aidiyyəti üzrə hara şikayət etməli olduğunu soruşaraq ictimaiyyətdən və mütəxəssislərdən kömək istəyib.
Sözügedən halla bağlı Hüquqşünas Elşad İsayev açıqlamasında bildirdi ki, səhv diaqnozu qoyan subyekt, yəni həkim bəlli olmadığına görə, burada məsuliyyət məsələsindən söhbət gedə bilməz.
"Bilinmir ki, diaqnozu kim qoyub. Ola bilər, texniki səhvdir, məlumat səhv yerləşdirilib. Ancaq onun kim tərəfindən yerləşdirilməsi və s. məsələlər araşdırılmalıdır. Konkret bir həkim konsultasiyasında olsa, həkim yanlış diaqnoz qoysa və onun nəticəsində ziyan dəymiş olsa, bu zaman, konkret hüquqi prosedurlar başlada bilər".
Məsələ ilə bağlı "MyGov" platformasına sorğu ünvanlamışıq. Cavab verildikdə xəbərə əlavə olunacaq. (Baku.ws)
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO

















