“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 18 saylı təbiət, humanitar təmayüllu məktəb-liseyində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil şöbəsinin nümayəndələri, ŞPŞ-nin əməkdaşları, pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən ŞPŞ-nin rəisi , polis polkovniki Fizuli Əhmədov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirərək, bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib.
Daha sonra çıxış edən digər məruzəçilər keçirilən tədbirin mahiyyətindən danışaraq şagirdlərə dəyərli tövsiyələr veriblər.
Görüşün sonunda məktəbliləri və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















