“Narkotacirlərin texniki işçiləri və hakerləri də olur”

“Narkotacirlərin texniki işçiləri və hakerləri də olur. Narkotacirlər sosial şəbəkələrdə kriminal səhifələri izləyənlərə mesajlar göndərir, müəyyən təkliflər irəli sürür və müxtəlif yollarla şirnikləndirərək onları narkokuryerliyə cəlb etməyə çalışırlar”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu “Azərtac”a müsahibəsində deyib.
O qeyd edib ki, sosial şəbəkələrdə narkotik vasitələr barədə bir sıra yalan məlumatlar da yayılır: “Narkotik vasitələrin tələbə və şagirdlər arasında “zehni gücləndirməsi”, gənclərə “müsbət enerji verməsi” və “emosiya yaratması” kimi yanlış fikirlər səsləndirilir. Həmçinin narkotik vasitələrin qadınlar arasında guya “arıqlatma” dərmanı adı altında satışına dair polis əməkdaşları tərəfindən bir sıra faktlar müəyyən olunub və bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Sosial şəbəkələrdə, ictimaiyyət arasında narkotik vasitənin təbliği ilə bağlı istənilən fəaliyyət polis əməkdaşları tərəfindən yoxlanılır və belə məlumatlara dərhal və çevik reaksiya verilir. Ona görə də vətəndaşlar yayılan və qətiyyən həqiqətə uyğun olmayan yanlış informasiyaların ardınca getməməli, sağlam düşüncə ilə hərəkət etməlidirlər. Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə edərkən də ayıq-sayıq olmaq, bu cür məntiqsiz çağırışlara uymamaq lazımdır”, -deyə N.Aydınoğlu vurğulayıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












