Naxçıvanda gömrük rüsumları birbaşa mərkəzi büdcəyə yönəldiləcək - VİDEO

"Son 1 ay Azərbaycanda baş verən institutisional dəyişikliklər, yəni Naxçıvan Muxtar Respulikasının Gömük Komitəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilərək əvəzində baş idarələrin yaradılması gələn ilin dövlət büdcəsində əhəmiyyətli dəyişikliyə səbəb olacaq".
Bu fikirləri "Xəzər Xəbər" açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O deyib ki, bundan sonra Naxçıvanda gömrük rüsumları Muxtar Respublikaya deyil, birbaşa mərkəzi büdcəyə yönəldiləcək.
T.Mirkişili əlavə edib ki, dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon manata yaxın olacaq. Xərclər isə 33 milyard 353 milyon mananat olacaq.
Azərbaycanda inflyasiyanın qarşısını almaq üçün hökümət tərəfindən müəyən tədbirlərin görüldüyünə diqqət çəkən Tahir Mirkişili qeyd edib ki, buna baxmayaraq, bu ilin sonuna orta illik inflyasiya təxminən 14 faizə yaxın olacaq.
Tahir Mirkişili qeyd edib ki, yaşayış minimumu 2023-cü ildə bu ilə nisbətən 36 manat artırılacaq.
Qeyd edilib ki, hazırda bu rəqəm 210 mantdır. Gələn ildən isə yaşayış minimumu 246, əmək qabiliyyətli əhali üçün 261, pensiyaçılar üçün 199, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












