Nömrəsini sərnişinə vermək istəyən SÜRÜCÜ CƏZALANDIRILDI - AÇIQLAMA - VİDEO

Paytaxtda fəaliyyət göstərən 60 nömrəli avtobusda sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb.
"BUS TRANS" MMC-nin direktoru Qalib Salahov sözügedən video ilə bağlı açıqlama verib.
Qurum rəsmisi qeyd edib ki, həmin işçinin kimliyi müəyyən edilərək agentliyə dəvət edilib və onun barəsində inzibati cəza tədbiri görülüb:
"Həmin işçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib. Biz onu inzibati qaydada cəzalandırmışıq. Əlavə nəsə də lazım olsa, biz onun barəsində tədbir görəcəyik. O sərnişinə qarşı çox sərt şəkildə hörmətsizlik və tərbiyəsizlik edib. Biz bunu şiddətli şəkildə qınayırıq, tənqid edirik və qəbul etmirik. Vətəndaş bu barədə şikayət etməkdə haqlıdır. Bu səbəblə də biz inzibati qaydada ona cəza tətbiq etmişik".
*** 11:27
Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb.
Avtosfer.az xəbər verir ki, 60 nömrəli avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb.
Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib.
Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Əhmədli-Koroğlu istiqamətində hərəkət edib.
Video şənbə günü səhər saat 09-00 radələrində çəkillib.
Şikayətçi onu da bildirib ki, bu istiqamətdə hərəkət edən sürücülər sərnişinlər üçün tez-tez belə xoşagəlməz hallara yol verirlər.
Vətəndaşlar bu marşrut xəttindəki avtobusların sürücüləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəfələrlə müraciət etdiklərini də qeyd ediblər.
baku.ws
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












