Növbəti 4 günə diqqət! – ŞOK XƏBƏRDARLIQ EDİLDİ

Astroloq Dinçer Güner bildirib ki, təxminən dörd gün təsirini göstərəcək Venera-Uran kvadrat aspekti həm münasibətlərdə, həm də gündəlik həyatda gözlənilməz hadisələrə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bu dövrdə ani ayrılıqlar, sürpriz tanışlıqlar, azadlıq ehtiyacının artması, eləcə də iş və maliyyə sahəsində gözlənilməz dəyişikliklər yaşana bilər..
Güner qeyd edir ki, xüsusilə sevgi münasibətlərində vəziyyət sürətlə dəyişə bilər. Uzun müddətdir davam edən münasibətlərdə indiyədək diqqətdən kənarda qalan problemlər qəfil üzə çıxa bilər. Partnyorun əvvəllər narahatlıq yaratmayan kiçik davranışları belə ciddi mübahisələrə səbəb ola bilər. Bəzi münasibətlər isə tərəflərin azadlıq istəyinin güclənməsi fonunda ciddi sınaqla üz-üzə qala bilər.

Dinçer Güner
Bununla yanaşı, gözlənilməz tanışlıqlar və sürətlə başlayan romantik münasibətlər də gündəmə gələ bilər.
Astroloqun sözlərinə görə, bu gərgin astroloji aspekt münasibətlərdə tərəflərin gözləntilərini daha aydın şəkildə üzə çıxara bilər. Tərəflərdən biri sabitlik və güvən axtardığı halda, digəri daha çox sərbəstlik istəyində ola bilər. Uzun müddət dilə gətirilməyən narazılıqlar, verilən güzəştlər və yığılıb qalan problemlər məhz bu günlərdə açıq şəkildə özünü göstərə bilər.
Son anda planları dəyişmək, əvvəlcədən razılaşdırılmış görüşləri ləğv etmək və ya daha sərbəst hərəkət etmək istəyi güclənə bilər.
Dinçer Güner bu dövrdə tələsik estetik müdaxilələrə və radikal imic dəyişikliklərinə qərar verməməyi tövsiyə edir.
İş həyatında isə gözlənilməz hadisələrin baş verməsi mümkündür. Müştərilərin fikrini dəyişməsi, layihələrin yenidən işlənməsi, iclasların təxirə salınması və ya komanda daxilində qəfil fikir ayrılıqlarının yaranması ehtimal olunan ssenarilər sırasında göstərilir.\\musavat.com
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












