Oktyabrda yay istisi: Azərbaycanda bizi nə gözləyir?

Oktyabrın ortası olsa da, Azərbaycanda havanın temperaturu bəzi ərazilərdə 31 dərəcəyə qədər yüksələcək. Payızın ortasında yay havasının davam etməsi insan sağlamlığına, kənd təsərrüfatına və təbiətdəki mövsümi proseslərə təsirsiz ötüşmür. Bəs bu cür hava şəraiti hansı fəsadlara yol aça bilər?
Avtosfer.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 23-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə temperaturun 26-31 dərəcəyədək yüksələcəyi gözlənilir. Dağlıq ərazilərdə də gündüz 18-23 dərəcə isti olacaq. Payız fəslində havanın normadan isti keçməsi ilk növbədə insan orqanizminin mövsümə uyğunlaşmasına təsir göstərə bilər.
Temperaturun kəskin dəyişməsi bəzi insanlarda halsızlıq, baş ağrısı və yuxu rejiminin pozulması kimi narahatlıqlar yaradır. Xüsusilə yaşlılar, uşaqlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər hava dəyişikliklərinə qarşı daha həssas olur.
Bununla yanaşı, isti və quraq hava torpaqda nəmin azalmasını sürətləndirə, kənd təsərrüfatında suvarmaya tələbatı artıır. Yağıntıların az olması ilə müşayiət edilən uzunmüddətli istilər su ehtiyatlarına və bitkilərin inkişafına da mənfi təsir göstərir.
Mövsümə uyğun olmayan istilər bitki örtüyünün təbii inkişaf dövrünü də pozur. Bəzi bitkilərdə tumurcuqların vaxtından əvvəl oyanması və ya çiçəklənmə prosesinin başlaması sonradan temperatur aşağı düşərsə, şaxtaya qarşı həssaslığı artırır. Bu isə xüsusilə meyvəçilik və bağçılıq üçün risk yarada bilər.
İsti və quru hava şəraiti meşə və kolluq ərazilərdə yanğın təhlükəsini də artırır Bitki örtüyünün quruması və küləyin güclənməsi yanğının yayılmasını asanlaşdırır./yenisabah
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












