Avtosfer.az | Reklam
Ötən gün baş verən yol qəzalarında – 1 ölü
Gündəm 24 Yanvar 2020 11:20 Oxunub 424
Ötən gün baş verən yol qəzalarında – 1 ölü
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistik məlumatı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər dünyasını dəyişib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh