Paytaxt sakinlərinin "BakıKart" PROBLEMİ - "E-manat"da balans artırmaq olacaq?

Bakıda avtobus dayanacaqlarından "BakıKart" terminallarını yığışdırdıqdan sonra sərnişinlər kart balansını artırmaqda çətinliklər çəkir.
Qeyd edək ki, kart balansını "MilliÖn" ödəmə terminalları vasitəsilə artırmaq mümkün olsa da, bir çox dayanacaqların yaxınlığındakı market və digər iaşə obyektlərində "MilliÖn" olmadığı üçün sərnişinlər problem yaşayırlar. Belə ki, əgər yaxınlıqdakı mağazada təkcə "E-manat" ödəmə terminalı varsa, burada "BakıKart" plastik kartına ödənişi həyata keçirmək mümkün deyil. Çünki "E-manat"da belə bir funksiya yoxdur.
Bəs, "E-manat"da bu funksiyanın olması gözlənilirmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov ilə əlaqə saxladı.
O bildirdi ki, AYNA sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir:
"Bildiyiniz kimi, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün tətbiq istifadədədir. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Tətbiq istifadəçilərə QR biletləri yaratmağa və ödənişləri həmin QR biletlə ödəməyə də imkanı verir. Həmçinin “Bakikart.az” saytından onlayn qaydada plastik kartların balansını artırmaq mümkündür.
İctimai nəqliyyatda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem hazırlanır. Bu il bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur.
Hazırda vətəndaşlar ictimai nəqliyyatda ödənişlərini həm mobil tətbiq, həm də “BakıKart” plastik kartları vasitəsilə edə bilirlər. Sərnişinlərimiz hazırda “BakıKart”ın balansını artıra bilməsi üçün daha çox imkanlara sahibdirlər. Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.
“E-manat” özünəxidmət nağd ödəniş terminallarına gəlincə, “BakıKart”ın sözügedən şirkətlə müqaviləsi olmadığından bu aparatla plastik kartların balansını artırmaq mümkün deyil".
Məsələ ilə bağlı "E-manat"la da əlaqə saxladıq.
"Hazırda mümkün deyil, lakin yaxın gələcəkdə nəzərdə tutulur. Dəqiq tarix barəsində məlumat yoxdur", - deyə "E-manat"dan bildirildi.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










