Paytaxtda obyektə görə binanın önündəki yaşıllıq ləğv edildi - FOTO

Paytaxtda xüsusən də bina evlərinin önündə ağaclar, güllər və.s əkilən yaşıllıq səhələri var. Lakin bəzən binaların birinci mərtəbəsindəki mənzillər qeyri-yaşayış sahəsinə çevrilərkən bu sahələrdəki yaşıllıq ləğv olunur, onun yerini daş-beton örtük tutur.
Avtosfer.az xəbər verir ki, "Azadlıq prospekti" metrostansiyasının yanında yerləşən binalardan birinin önündə də belə vəziyyət yaranıb.
Sakinlərdən biri deyir ki, binanın birinci mərtəbəsində yeni açılan obyektdə təmir gedən zaman yaşıllıq sahənin şəklini çəkib. Lakin bu gün görüb ki, yeni əkilmiş küknar və zeytun ağacları olan yaşıl sahə ləğv olunub. Sakinin çəkdiyi fotolarda da aydın şəkildə əks olunub ki, sahə ləğv edilərək, yerini betonlayıblar.
Ümid edirik ki, məsələ ilə bağlı yaxın zamanda müvafiq qurumlar tədbir görəcək.
Məhəbbət Tərlanoğlu
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO













