Piyada məsuliyyətsizliyindən baş verən qəzalarda avtomobilə dəyən ziyanı kim ödəməlidir? - AÇIQLAMA

Dünən sosial mediada iki qəza görüntüsü yayılıb və görüntülərdən birində aydın görünür ki, piyada yolun onun üçün nəzərdə tutulmayan hissəsindən keçməyə cəhd edərkən qəzaya səbəb olub.
Bu hal sürücünü məsuliyyətdən azad edirmi? Məsuliyyətdən azad edirsə, sürücünün avtomobilinə dəymiş ziyanı kim ödəməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qanunvericiliyin tələbinə görə, təqsir kimdədirsə dəymiş ziyanı da o ödəməlidir: “Əsas məsələ odur ki, polis və ya digər istintaq qurumları nə dərəcədə araşdırma aparır və piyadanı günahkar çıxarır. Bildiyim qədəri ilə belə hadisələr baş verib. Xüsusən də piyada vurulması hadisəsi olub ki, piyadanın səhvi olduğundan o da cəzalandırılıb. Təzminat məsələsini isə vətəndaş mülki qaydada məhkəmədən tələb edə bilər”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












